AzTV-dən açıqlama- “Həmin oyun “İdman Azərbaycan”da yayımlanıb”

17:25 | 17.06.2015
AzTV-dən açıqlama- “Həmin oyun “İdman Azərbaycan”da yayımlanıb”

AzTV-dən açıqlama- “Həmin oyun “İdman Azərbaycan”da yayımlanıb”

Xəbər verdiyimiz kimi, bu gün 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Yaşar Əliyev ¼ final mərhələsində erməni Qarik Barsekyana qalib gələrək yarımfinala çıxıb. 

"Qafqazinfo” xəbər verir ki, sözügedən görüşün AzTV-dən canlı yayımlanmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub və kanal tənqid atəşinə tutulub.

Onlar yarışın kanal tərəfindən bilərəkdən yayımlanmadığını iddia ediblər.

Məsələ ilə bağlı "Qafqazinfo” dövlət televiziyasının Mətbuat Xidmətinin rəhbəri  Xatirə Qasımova ilə əlaqə saxlayıb. O bildirib ki, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən ötürülən siqnallar vasitəsilə AzTV və "İdman Azərbaycan” Avropa Oyunlarını canlı yayımlayır: "AzTV və "İdman Azərbaycan” bu prosesə müdaxilə edə bilməz. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Siqnalın AzTV-nın serverinə ötürülməsi zamanı hansısa gecikmələr və oyunların birbaşa yayımlanmaması mümkündür. Amma güləşçimiz Yaşar Əliyevin erməni rəqibi ilə gorüşü "İdman Azərbaycan” kanalında canlı efirdə yayımlanıb”.

Qeyd edək ki, həmin görüş "İdman Azərbaycan”da saat 12:38-də canlı efirə verilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM