Bakı 2015 Avropa Oyunları dördüncü Koordinasiya Komissiyasının iclasını keçirir

15:44 | 03.09.2014
Bakı 2015 Avropa Oyunları dördüncü Koordinasiya Komissiyasının iclasını keçirir

Bakı 2015 Avropa Oyunları dördüncü Koordinasiya Komissiyasının iclasını keçirir

Gələn il keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bu gün dördüncü Avropa Olimpiya Komitələrinin (AOK) Koordinasiya Komissiyasını qəbul edir.Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, AOK Koordinasiya Komissiyası komandasının üzvləri iki gün Bakıda olacaqlar. Onlar gələn il keçiriləcək Avropa Oyunlarının yarış obyektlərinə səfər edəcək və BAOƏK-nin şöbə rəhbərlərindən yeni məlumatlar alacaqlar.AOK ilk dəfə olaraq ev sahibi olan şəhərin hər yerində nümayiş etdirilən yeni Bakı 2015 brendini görəcək və bu yaxınlarda yenilənmiş idman proqramı haqqında ətraflı məlumatlar əldə edəcək.Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının sədri Spiros Kapralos və Komissiyanın hazırki üzvləri ilə birlikdə Bakı 2015-in yeni ofisin lent kəsmə mərasimində iştirak edib və yeni ofisin açılışını elan edib.Mərasimdə, eyni zamanda, Azərbaycanın Bakı 2015-də nümayəndələri olacaq dörd nəfər Olimpiya çempionu iştirak etmişdir. Onlar 2004-cü ildə Afinada qızıl medal qazanmış Yunan-Roma güləşçimiz Fərid Mansurov, müvafiq olaraq 2000-ci il Sidney Oyunlarında və 2012-ci il London Oyunlarında qızıl medallar qazanmış sərbəst güləşçilər Namiq Abdullayev və Toğrul Əsgərov və 2000-ci il Sidney Oyunlarında stend atıcılığı üzrə qızıl medal qazanmış Zemfira Meftahətdinovadır.Komissiya rəsmi olaraq nazir Azad Rəhimov tərəfindən qarşılanmışdır. Nazir demişdir: "Bir daha bildirmək istəyirəm ki, AOK Koordinasiya Komissiyasını qəbul etmək bizim üçün şərəfdir. Azərbaycan hökuməti birinci Avropa Oyunlarının uğurla keçirilməsi və Avropanın elit idmançıları üçün böyük təcrübəyə çevrilməsi ilə tam şəkildə məşğuldur.Bu səfərlər birinci Avropa Oyunlarına gedən yolda həddindən artıq mühüm mərhələlərdir və biz növbəti iki gün ərzində təşkilatın bütün sahələri üzrə davamlı tərəqqimizi nümayiş etdirəcəyimizə ümid edirik.Avropanı unikal idman tədbirində birləşdirəcək yarışların həyata keçirilməsi istiqamətində son aylarda bir sıra vacib və əhəmiyyətli addımlar atmışıq".Spiros Kapralos əlavə edib: "Biz AOK Koordinasiya Komissiyasının Bakıda keçiriləcək 5 görüşündən dördüncüsündə iştirak etmək üçün Bakıya gəldiyimizə çox şadıq. Bakıya son səfərimizdən sonrakı 4 ay ərzində BAOƏK Bakı 2015-in hazırlıqları üçün bütün sahələrdə real işlər görüb. Xüsusilə də aprel ayında Komissiyasının müəyyən etdiyi kommersiya sponsorluğu və kommunikasiya sahələri inkişaf etdirilib.Oyunların açılış mərasiminə cəmi 282 gün qalıb və AOK ilə BAOƏK arasında keçirilən bu görüş Oyunlara hazırlıq üçün qalan vaxtın optimallaşdırılması üçün vacibdir. Bütün Komissiya böyük səbirsizliklə növbəti iki gün ərzində son uğurları və planları detallı şəkildə eşitməyi gözləyir".BAOƏK-nin yeni baş ofisi şəhərin mərkəzində Bakı bulvarına yaxın ərazidə yerləşir. Baş ofisin böyük açıq məkanları və yüksək səviyyəli texnoloji mühiti təşkilatın inkişafında növbəti mərhələni təmin edəcək.Binanın ümumi tutumu 1057 nəfərlikdir və təxminən 11000 kvadrat metr ölçüyə malikdir. Orada 250 nəfərlik auditoriya, hər mərtəbədə üç kiçik mətbəx və bir neçə iclas otaqları, duş almaq üçün yerlər və namaz otağı var.Hal-hazırda BAOƏK-in işçi qüvvəsi 20 şöbə və 769 işçidən ibrarətdir. 769 nəfərdən 468-i azərbaycanlı, 301-i isə 37 müxtəlif ölkəni təmsil edən əcnəbilərdir.2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb