Bakı-2015: hazırlıq işləri vaxtında yekunlaşacaq

11:25 | 29.04.2014
Bakı-2015: hazırlıq işləri vaxtında yekunlaşacaq

Bakı-2015: hazırlıq işləri vaxtında yekunlaşacaq

“Bakıda keçiriləcək 2015-ci il Avropa oyunları üçün idman qurğuları nəzərdə tutulan müddətdə tam hazır olacaq”, - Azərbaycan gənclər və idman naziri Azad Rəhimov belə deyib.
İstər yay, istər qış Olimpiya oyunları olsun, istərsə də bir sıra növlər, xüsusilə, futbol üzrə dünya və Avropa çempionatları öncəsi hazırlıq işlərinin gedişi ilə bağlı həyəcanlı xəbərlər yayılır. Bəzən hətta yarış yerinin dəyişdirilməsi fikri gündəmi zəbt edir. Lakin Bakının təşkilatçılığı ilə keçiriləcək ilk Avropa oyunları ilə bağlı hər hansı narahatlığa, təşvişə ehtiyac yoxdur. Nazirin bu açıqlaması deyilənləri bir daha təsdiq edir.
"Baku Post" qəzetinin məlumatına görə, A.Rəhimov fikrini belə yekunlaşdırıb: “İdman obyektlərinin hazırlığı ilə bağlı görülən işləri gündəlik nəzarətdə saxlayırıq. Hazırlıq işlərinin, qrafikə əsasən, 2015-ci il fevralın 1-dək yekunlaşdırılması nəzərdə tutulur. Həmin vaxtadək, başqa sözlə, Avropa oyunlarının startına 4 ay qalmış bütün idman qurğuları hazır olmalıdır. İşlərin gedişinə əsaslanıb deyə bilərik ki, ləngimə olmayacaq və obyektlər vaxtında təhvil veriləcək”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb