Bakı Caz Mərkəzində məşhur qrupun konserti

13:57 | 26.03.2014
Bakı Caz Mərkəzində məşhur qrupun konserti

Bakı Caz Mərkəzində məşhur qrupun konserti

 Bakı Caz Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Mary McBride” qrupunun konserti olmuşdur.AzərTAc xəbər verir ki, konsertdən əvvəl çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Bakı Caz Mərkəzinin rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirmişdir.Hər iki ölkə arasındakı əməkdaşlıqdan söhbət açan amerikalı diplomat diqqətə çatdırmışdır ki, xanım Meri Mak Braydın rəhbərlik etdiyi musiqi qrupu Azərbaycanda ilk dəfədir ki, çıxış edir. Bu proqram səfirliyin amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlərarası anlaşmanı və dostluğu təşviq etmək məqsədini daşıyır.Bildirilmişdir ki, Meri Mak Brayd təsisçisi olduğu “Home Tour” çərçivəsində canlı musiqidən məhrum insanların evlərində konsertlər təşkil edir. “Vaşinqton Post” qəzetinin “qeyri-adi” adlandırdığı bu tur ABŞ-ın hər yerində və xaricdə “insanların ev saydıqları yerlərdə” olmuşdur. Belə yerlərə sağlamlığa qayğı mərkəzləri, kimsəsiz insanlar üçün evlər, uşaq evləri, həbsxanalar, yaşayış icmaları, HİV/QİÇS-ə yoluxmuş insanlar üçün fəaliyyət göstərən müalicə yerləri və digər məkanlar daxildir.Kollektivin Bakı Caz Mərkəzində təqdim olunan konsertində Meri Mak Braydın bəstələdiyi, həmçinin Rey Çarlzın, “The Rolling Stones” qrupunun repertuarından mahnılar və digər əsərlər səsləndirilmişdir.Meri Mak Braydın Azərbaycan dilində oxuduğu “Ürəyim yanar” mahnısı isə xüsusi alqışlarla qarşılanmışdır.Meri Mak Brayd, “No One’s Gonna Love You like Me” (Səni heç kəs mənim kimi sevməyəcək) adlı mahnısının Akademiya mükafatını almış “Brokeback Mountain” (“Qozbel Dağ”) filmində ifasına görə qalib elan olunmuş və Elton Con tərəfindən “Goodbye Yellow Brick Road” adlı konsertində ifa etmək üçün seçilmişdir.“Mary McBride” qrupunun Azərbaycana səfəri martın 30-dək davam edəcəkdir. Kollektiv martın 26-da Şəki Dövlət Dram Teatrında, ayın 27-də Zaqatala, 28-də Bərdə mədəniyyət evlərində, 29-da Gəncə Dövlət Dram Teatrında ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçirəcəkdir.Qrupun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM