Bakı Olimpiya Stadionunun tikintisi sürətləndirilib - FOTOLAR

22:24 | 22.08.2014
Bakı Olimpiya Stadionunun tikintisi sürətləndirilib - FOTOLAR

Bakı Olimpiya Stadionunun tikintisi sürətləndirilib - FOTOLAR

2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına hazırlıqlar prosesi sürətlənib. Bakı Metrosunun “Koroğlu” stansiyası yaxınlığında 68 min nəfərlik Bakı Olimpiya Stadionunun tikintisi davam etdirilir. Avropa Olimpiya Oyunlarına görə Bakıda bir sıra iri idman qurğuları da inşa olunur. Həmin idman qurğuları arasında 22 min nəfərlik tennis mərkəzinin, digər idman növləri üçün 15 min nəfərlik Bakı Çoxməqsədli Arenasının, 12 min nəfərlik Milli Su İdman Növləri Mərkəzinin və digər idman qurğularının tikintisi sürətlənib. Həmçinin “Baku Cristall Hall”, “Baku Expo Center” kimi qeyri-idman qurğularının da yarışların keçirilməsinə qədər idmançıların ixtiyarına verilməsi mümkündür.68 min tamaşaçı tutumlu Bakı Olimpiya Stadionunun tikintisi məqsədilə Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə Azərbaycan Respublikası  Dövlət Neft Şirkəti (ARDNŞ) arasında 640 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Müqavilə ilə layihənin müddəti 24 ay müəyyənləşdirilib. Stadionun tikintisinin 2015-ci ilin fevralın 28-nə qədər tamamlanması nəzərdə tutulub. Layihənin rəhbəri Cem İlgün mətbuata açıqlamasında hazırda görüləcək işlərin böyük hissəsinin bitdiyini bildirib: “Müqaviləyə əsasən, layihəni 28 fevral 2015-ci il tarixində yekunlaşdırmalıyıq. Lakin I Avropa Olimpiya Oyunları 2015-ci ilin iyun ayında başlayacağı üçün biz stadionu fevralın 1-də təhvil verməyi planlaşdırmışıq. Həqiqətən belə bir işi yekunlaşdırmaqdan qürur duyuruq. Çünki 68 min izləyicini qəbul edə biləcək Olimpiya Stadionunun 24 ay ərzində yekunlaşması həqiqətən də son dərəcə önəmli hadisədir”Olimpiya Stadionunun tikinti prosesinin hansı səviyyədə olmasını müəyyən etmək üçün sözügedən əraziyə yollandıq. Tikinti işləri ilə əlaqədar ətraf toz-torpaq içində idi. Tikintinin yaxınlığından keçərkən mütləq əllərinizlə gözlərinizi bağlamalı olursunuz. Çünki Bakının küləyi bütün toz-torpağı ətrafa sovururdu. Öyrəndik ki, əraziyə giriş qadağandır. Hər hansı bir çəkiliş üçün öncədən icazə alınmalıdır. Amma buna baxmayaraq, davam edən tikinti işlərini çəkə bildik. Ərazidə qızğın iş prosesi gedirdi. Hər kəs harasa tələsir, ağırtonnajlı yük maşınları gəlib-gedir. Həmin ağırtonnajlı maşınların üzərində “SOCAR” və “MSD Tikinti Quraşdırma” şirkətlərinin loqoları vardı.Axşam saatlarının olmasına baxmayaraq, hər kəs iş başında idi və durmadan çalışırdı.Anlaşılan Olimpiya Stadionunun tikinti işlərini aparan Türkiyənin "Tekfen İnşaat" şirkətinin rəhbərinin dediyi “Biz stadionu fevralın 1-də təhvil verməyi planlaşdırmışıq” sözləri boşuna deyilməyib. Verdikləri sözü tutmaq üçün maksimum sürətlə işləyirlər. Qeyd edək ki, 6 iyun 2011-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin iştirakı ilə nəhəng idman qurğusunun əsası qoyulub. Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 68 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub. Azərbaycanda ilk dəfə olaraq, Olimpiya Media Mərkəzinin yaradılması da planlaşdırılıb. Daxili sahəsi 120830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Onu da bildirək ki, sözügedən idman tədbiri üçün möhtəşəm açılış mərasimi hazırlanır. (musavat.com)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb