Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti "AppLab” proqramının iştirakçısı olan developerlər üçün daha
bir təlim təşkil edib.
"Pitçinq” üzrə master-klassda (Qısa təqdimat üzrə təlim) iştirakçılara qısa təqdimatların üç əsas
üsulu olan "the high-concept pitch” (startap ideyasının bir qısa cümlə ilə ifadə
etmək bacarığı), "the elevator pitch” ("lift
təqdimatı” üsulu) və "the pitch deck” ("Power Point” və s. alətlər vasitəsilə
qısa təqdimat) barədə ətraflı məlumat verilib.
"The high-concept pitch” adlanan ilk üsul startapın ideyasını bir
cümlə vasitəsilə ifadə etməkdən ibarətdir. Bu üsul sayəsində şirkət barədə məlumat
dostlar, müştərilər və investorlar tərəfindən daha asan şəkildə yayıla bilər.
Applab iştirakçılarının təlim zamanı öyrəndikləri digər təqdimat üsulu "the
elevator pitch” ("lift təqdimatı” üsulu) adlanır. Bu üsulun əsas mahiyyəti məhsul və komanda
barədə məlumatın müvafiq auditoriyaya 30 saniyə ərzində çatdırılmasından
ibarətdir. Bu kimi təqdimat növündən liftdə və yaxud növbədə dayanarkən istifadə
oluna bilər. Digər təqdimat üsulu isə "the pitch deck” adlanır ki, bu da
biznes-plana bənzər bir təqdimat növüdür. Bu təqdimat əsas məqsəd, xülasə,
komanda barədə məlumat, əsas problemlər və onların həlli yolları və s.
kimi hissələrdən ibarətdir.
""Pitçinq” üzrə master-klass
sayəsində mən təqdimat etmə sənətinin incəliklərini daha yaxşı başa düşürəm.
Uğurlu təqdimat etmək üçün sadəcə gözəl danışıq qabiliyyətinə malik olmaq kifayət
deyil”, deyə "CineMania.az” layihəsinin təsisçisi Cavid Axundov bildirib.
"Applab” proqramıının iştirakçısı olan "Buket.al” startap layihəsinin sosial media
üzrə mütəxəssisi Vəfa Məmmədzadə isə "Təlim zamanı mən bir neçə yeni termin ilə
tanış olaraq satış sahəsində yeni yanaşmalar və qısa təqdimat üsulları barədə ətraflı
məlumat almışam. Təlimin ən maraqlı hissələrdən biri isə təlimçilərin bu mövzu
ilə bağlı real həyatdan götürülmüş misalları və şəxsi təcrübələri oldu”, deyə
bildirib.
Qarşıdakı aylar ərzində Bakcell şirkəti developerlər üçün
blokçeyn (blockchain) texnologiyası, layihə idarəetməsi və s. mövzularda
treninqlər də təşkil edəcəkdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !