Bakcell Yeni İl qabağı ikiqat bonus kampaniyasına başlayır

14:57 | 27.11.2013
Bakcell Yeni İl qabağı ikiqat bonus kampaniyasına başlayır

Bakcell Yeni İl qabağı ikiqat bonus kampaniyasına başlayır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti Yeni İl qabağı öz abunəçilərini sevindirməyə davam edir.Hər il olduğu kimi, bu il də Bakcell abunəçilərinə özəl Yeni İl kampaniyasına başlayır. 27 noyabr 2013-cü il tarixindən başlayacaq və bütün CİN istifadəçilərinə şamil olunacaq Yeni İl kampaniyası Bakcell abunəçilərinə xüsusi bonuslar təklif edəcək.Kampaniyanın başlama tarixindən etibarən 5522-yə boş SMS göndərən hər bir CİN istifadəçisi xüsusi bonus təklifi alacaq. Bonus təklifi hər bir abunəçinin aylıq sərfiyyatına uyğun olacaq və şəxsi balanslarını ikiqat artırma imkanı yaradacaq.Bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də SMS və MMS-lərə sərf oluna biləcək.  Kampaniya bonusları qoşulmadan sonra 7 gün ərzində istifadə oluna və sonradan yenidən aktivləşdirilə bilər.İkiqat balans kampaniyasına son qoşulma tarixi 23 dekabr 2013, kampaniyanın bitmə tarixi isə 29 dekabrdır.  Kampaniya haqqında əlavə məlumat almaq üçün 5522 qısa nömrəsinə boş mesaj göndərin və yaxud Bakcell şirkətinin www.bakcell.com rəsmi internet səhifəsinə daxil olun.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb