Bakıda banklara borcu olanlar həbs edilir - ƏMƏLİYYAT

13:29 | 05.12.2014
Bakıda banklara borcu olanlar həbs edilir - ƏMƏLİYYAT

Bakıda banklara borcu olanlar həbs edilir - ƏMƏLİYYAT

Bakıda uzun müddət axtarışda olan 8 nəfər tutulub.

Virtualaz.org Bakı Şəhər Baş Polis İdarəsinə istinadən bildirir ki, əməliyyat Binəqədi və Nərimanov rayon polis idarələrinin qeydiyyat-şəxsiyyət vəsiqəsi şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində, borclu kimi axtarışda olan 1987-ci il təvəllüdlü Elnur Hüseynov, 1963-cü il təvəllüdlü İradə Musayeva, 1984-cü il təvəllüdlü Zaur Atayev, 1979-cu il təvəllüdlü Natiq Məmmədov, 1963-cü il təvəllüdlü Eldəniz Məmmədov, 1976-cı il təvəllüdlü Anar Məmmədov, 1956-cı il təvəllüdlü Həmid Mehdiyev, 1988-ci il təvəllüdlü Aqil Məmmədov müəyyən olunaraq tutulublar.

Saxlanılan şəxslər banklara borclu olduqlarına görə axtarışa verilmişdilər

Borclu şəxslərlə bağlı araşdırma aparılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb