Bakıda etiraz aksiyası - FOTOLAR

16:23 | 02.05.2015
Bakıda etiraz aksiyası - FOTOLAR

Bakıda etiraz aksiyası - FOTOLAR

Mayın 2-də Bakıda Nizami Rayon Prokurorluğunun qarşısında etiraz aksiyasına cəhd olub.
 
58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızının sinif yoldaşları onu qətlə yetirməkdə təqsirli bilənən 20 yaşlı Hüseynov İzzət Natiq oğluna ağır cəza verilməsi tələbi ilə etiraz ediblər.
 
Belə ki, gənclər prokurorluğun qarşısına toplaşan zaman Aytacın dayısı olduğunu iddia edən şəxs gənclərə qarşı  kobud davranaraq aksiya keçirməyi dayandırmağı tələb edib. Həmin şəxs orada olan media nümayəndələrinə  də kobudluq nümayiş etdirərək əllərində olan telefonu almağa cəhd edib. Daha sonra Nizami rayon Polis İdarəsinin post patrul xidmətinin əməkdaşları oraya gələrək gəncləri oradan uzaqlaşdırıb. 

Xatırladaq ki, aprelin 30-da Bəhruz Nuriyev küçəsi 81 ünvanında 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayeva vəhşicəsinə qətlə yetirilib. Onun kürəyindən 8 bıçaq zərbəsi vurulub. Nizami rayon Polis İdarəsinin  əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qızı öldürən Gürcüstan Respublikasının  vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov saxlanılıb.İzzə t Hüseynov hal-hazırda 3 ay istintaq dövrü müddətində həbs edilərək Nizami Rayon Polis İdarəsində saxlanılır.
 
FOTOLARIN MÜƏLLİFİ: Fərqanə Novruzova







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb