Bakıda film təqdimatı keçiriləcək

21:33 | 13.03.2014
Bakıda film təqdimatı keçiriləcək

Bakıda film təqdimatı keçiriləcək

“Gözümün işığı və ya Qəribə heykəltəraş ömrü” sənədli filminin təqdimatı keçiriləcək.

ANS PRESS-in məlumatına görə, mart ayının 14-ü saat 18:45-də Nizami Kino Mərkəzində tanınmış rejissor Yavər Rzayevin "Azanfilm" studiyasında çəkdiyi film təqdim olunacaq. Bu barədə Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin mətbuat mərkəzindən xəbər verilib.Görkəmli heykəltəraş, Əməkdar İncəsənət Xadimi Həyat Abdullayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar çəkilmiş sənədli filmdə onun zəngin yaradıcılığı və zəngin ömür yolu haqqında bəhs olunur, həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlanır. Qeyd edək ki, həmin gün Nizami Kino Mərkəzinin foyesində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Həyat Abdullayevanınişlərindən ibarət sərgi təşkil olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb