Bakıda kütləvi intihar cəhdinin qarşısı alındı + YENILƏNİB+FOTO

19:02 | 10.12.2014
Bakıda kütləvi intihar cəhdinin qarşısı alındı + YENILƏNİB+FOTO

Bakıda kütləvi intihar cəhdinin qarşısı alındı + YENILƏNİB+FOTO

Bakıda binanın damına çıxaraq intihara cəhd etmək istəyən şəxslər fikirlərindən daşındırılaraq aşağı düşürülüblər.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Azərbaycan prospekti, 1 a ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının damına çıxan şəxslər Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının apardıqları danışıqlar nəticəsində fikirlərindən daşınıblar.
 
Aşağı düşürülən şəxslər tikinti şirkətlərindən birində fəhlə kimi çalışdıqlarını, gecikdirilən əmək haqlarını tələb etdiklərini deyiblər. Lakin onlar çalışdıqları tikinti şirkətinin adını bilmədiklərini söyləyiblər.
 
1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Fehruz oğlu, onun qardaşı, 1988-ci il təvəllüdlü Sərxan Məmmədov, 1988-ci il təvəllüdlü Bağırov Şamxal Məhərrəm oğlu, onun 1985-ci il təvəllüdlü qardaşı Vüqar Bağırov, 1986-cı il təvəllüdlü Əliyev Aqil İbrahim oğlu və 1995-ci il təvəllüdlü Salahov Həsrət Mustafa oğlu Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparılıblar.
 
 
***
 
 
Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub

Bu gün Bakıda bir qrup şəxsin tikintisi davam etdirilən çoxmərtəbəli binada intihara cəhd etməsi olayı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisənin ilkin olaraq Səbail rayonu ərazisində baş verdiyi bildirilsə də, dəqiqləşdirmələrdən sonra ərazinin Yasamal rayonuna aid olduğu məlum olub.
 
Bildirilir ki, həmin tikilən binada çalışan və pullarını ala bilməyən 5-6 fəhlə binanın ən hündür mərtəbəsinə çıxıb. Onlar tikinti rəhbərliyindən pullarını tələb edirlər və əks halda özlərini ataraq intihar edəcəklərini deyirlər.
 
Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də xilasedicilər müvafiq iş aparır.
 
Əlavə məlumat veriləcək. 
 
 
 
 
 
 
***
 
Bakıda bir neçə nəfər binanın damına çıxaraq intihar edəcəyini deyir


Şahidlərin APA-ya verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin yanında tikintisi başa çatmayan 15 mərtəbəli binanın damına çıxan 5 nəfər şəxs intihar edəcəyini bildirir.
 
Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. FHN əməkdaşları intihara cəhd edəcəyini deyən şəxslərlə danışıqlar aparırlar.
 
Səbail Rayon Polis İdarəsindən APA-ya faktl təsdiləyiblər. Polisdən ərazidə təhlükəsizlik tədbirləri görüldüyü də açıqlanıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM