Bakıda olay: Sürücü yol polisini döydü

14:14 | 19.12.2014
Bakıda olay: Sürücü yol polisini döydü

Bakıda olay: Sürücü yol polisini döydü

O, ayağı ilə xidməti BMW-nin yan şüşəsini sındırıb.

Son vaxtlar Bakıda Dövlət Yol Polisi (DYP) əməkdaşlarına hücumlarla bağlı xoşagəlməz insidentlər artıb. Yol hərəkəti qaydalarını pozanların itaətsizliyi ilə bağlı növbəti insident Binəqədi rayonunda baş verib.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki,bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, dekabrın 18-də saat 02:00-da Azadlıq prospektində 161 saylı binanın qarşısında DYP və yol patrul xidməti əməkdaşları – müfəttişlər hər ikisi 1983-cü il təvəllüdlü Abbasəli Ələkpərov və Rauf Bağıyev sərxoş vəziyyətdə Daewoo  markalı avtomobili idarə edən 1992-ci il təvəlüdlü Bakı sakini Fərmin Firudinoğlunu saxlayıb.  

Məlumata əsasən, Fərmin Firudinoğlu polislərin tələblərinə məhəl qoymayıb və onlarla dava etməyə başlayıb. Bundan başqa, dava zamanı o, polisin BMW markalı xidməti maşınının yan şüşəsini ayağı ilə sındırıb. Avtoxuliqanın artıq polis tərəfindən saxlanıldığı məlumdur. Faktla bağlı araşdırmalar aparılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti