Bakıda “Məhəbbət tanqosu”

13:21 | 30.04.2014
Bakıda “Məhəbbət tanqosu”

Bakıda “Məhəbbət tanqosu”

Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baletinin premyerası olacaq. Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, dünya şöhrətli bəstəkarların, o cümlədən Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış xoreoqraf, Rusiyanın xalq artisti Liliya Sabitovadır. Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaradıb. Bütün bu hadisələr tanqo stilində təqdim ediləcək. Tamaşada əsas partiyaları Azərbaycanın xalq artistləri Kamilla Hüseynova (Laura), Gülağası Mirzəyev (Raul), əməkdar artist Samir Səmədov (Migel) və Veronika Arazova (Tereza) ifa edəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb