Bakıda çoxzolaqlı yol çəkilir

17:55 | 21.11.2013
Bakıda çoxzolaqlı yol çəkilir

Bakıda çoxzolaqlı yol çəkilir

Bakıda Qala-Şüvalan-Pirallahı yolu yenidən qurulur.Milli.Az xəbər verir ki, “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yolun uzunluğu 21,7 km, eni isə 28 metr təşkil edəcək. Yolun 6,9 km-i 6 hərəkət zolaqlı, 14,8 km-i isə 4 zolaqdan ibarət olacaq.Layihə üzrə 2 yol qovşağı və 1 tunelin tikintisi nəzərdə tutulub. Artıq yolun 14,8 km hissəsində torpaq işləri, 12,2 km hissədə asfalt-beton örtüyün alt layının döşənməsi başa çatdırılıb.İlin sonuna qədər 14,8 km hissədə üst lay istisna olmaqla asfalt-beton işlərinin yekunlaşması gözlənilir. Bütövlükdə yolun 2014-cü ildə istismara verilməsi planlaşdırılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb