Bakıda "Başını itirmişlər"in sərgi keçirildi - FOTOLAR

17:00 | 19.05.2014
Bakıda "Başını itirmişlər"in sərgi keçirildi - FOTOLAR

Bakıda "Başını itirmişlər"in sərgi keçirildi - FOTOLAR

Rüstəm QasımovBu günlərdə Kiçik Qala Art qalereyasında gənc istedadlı rəssam Anar Şəmsiyevin mübahisəli ada malik "Başını itirmişlər" şəxsi sərgisi açıldı. İndiyədək Şəmsiyev müxtəlif qrup sərgilərində və layihələrdə iştirak etsə də, şəxsi sərgisi ilk dəfə keçirilirdi.Vernisajda 34 əl işi təqdim olunmuşdu. Bu layihənin yaradılması təxminən iki il davam etdi. Fırça ustasının özünün də dediyi kimi, rəsmlər çox idi. Əvvəlcə 36 idi, amma ekspozisiya üçün yalnız 34 iş seçildi, çünki digər iki rəsm çox qabarit idi.Anar Şəmsiyevin personajları çox maraqlıdır. Onun rəsmlərində çətin anlaşılma və fəlsəfi başlanğıc hiss edilir, axı rəssam həyat, insanların taleləri, onların əhval-ruhiyyələri, həyəcanları, emosiyaları barədə düşünür və öz qəhrəmanlarını iş başında, adi həyatda təsvir etməyə çalışır. Amma onlar bu proseslə o qədər məşğul olurlar ki, öz həyatlarını da, onun ilkin anlamlarını, müsbət və xoş tərəflərini də unudurlar. Əgər Anar Şəmsiyevin təsvir etidiyi insanlar öz-özlərinə kənardan tamaşa etsəydilər, onda anlayardılar ki, onların əksəriyyəti yaşamır, sadəcə mövcuddurlar. Onlar unudurlar ki, həyat – yalnız iş, qayğılar, həyəcanlar demək deyil, medalın başqa üzü də var, bu, gündəlik süstlüyün əsasını təşkil edən ünsürlərdən daha cazibədardır.Rəssamın əl işləri öz qeyri-adiliyi ilə seçilir – rəsmlərdə təsvir olunan insanların başları bədənlərindən bir qədər aralıdır. Bu rəsmlər bizim yaşamımızı və gündəlik nə işlə məşğul olduğumuzu təsvir edir.Aznar Şəmsiyevin rəsmləri kifayət qədər böyük ölçüdədir. Onun sözlərinə görə, bir rəsmin çəkilməsinə bir aya qədər vaxt sərf edir. Amma rəsmin çəkilmə sürəti birbaşa ilham pərəsindən asılıdır, - Şəmsiyev belə izah edir.Öz əl işlərində fırça ustası əsasən yağlı rənglərdən istifadə edir, fırçanın köməyi ilə bu yağları qalın kətana hopdurur, o, hesab edir ki, mastixinanın köməyi ilə bu ekspozisiyanın yaradılması işləri bir az kobudtəhər edə bilərdi. Çünki bu halda rənglər qalın olacaqdı.Rəssam öz yaradıcılığına dair belə danışır: “Yəqin ki, sərgiyə gələnlər niyə "Başını itirmişlər" adlanmasını sual edəcək? Niyə məhz kişilər başını itirirlər? Bu çox sadə sualdır.Müasir cəmiyyətdə şəxsiyyətin, mövqeyin, söz haqqının və müasir gəncliyin özünütəsdiqi çox mürəkkəb prosesə çevrilib. Müasir kompüter erası dünyasında informasiya bolluğu danılmazdır. İnsanlar evdə oturub, evdən çıxmadan, istənilən informasiyanı alır, öz işlərini həll edir və öz hədəflərinə çatırlar.Amma nəyəsə görə bu informasiya bolluğunda xoşbəxtlik haqqında xəyal sıfıra bərabərləşir.İnsanlar öz şəxsi hisslərinin fonunda köməksiz qalır və nəticədə başlarını itirirlər. Cəmiyyətdə kişi - bu əsas liderdir, aparıcı gücdür, ailəni qoruyub, onun əxlaqının əsas gücü kimi çıxış edən şəxsiyyətdir. Ancaq öz şəxsi hisslərini qurban vermək, cəmiyyətin əxlaqını idarə etmək və ona riayət etmək fundamental problemləri yaradır. Başını itirmiş insanlar ümidlərini itiribmiş kimi nə edəcəklərini bilmirlər.O, başını itirdi və ani həzz almaq ona hər şeydən vacibdir. Bu sanki zəncirvari prosesdir. Mənim "Başını itirmişlər"imdə cəmiyyətdəki psixi xaosu, əxlaqın tənəzzülünü və öz EQOsunu unudub başını itirən insanların acizliyi təsvir edilib”.ANN.Az xəbər portalı paytaxtımızda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və istedadlı rəssamı Anar Şəmsiyevin əl işlərini təqdim edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM