Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur

10:08 | 18.06.2015
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur

Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün 1/16 və 1/8 final mərhələlərinin növbəti görüşləri keçiriləcək.
 
Azərbaycan boksçuları da məhz bu gündən rinqə çıxacaqlar. Yığmamızın 2 idmançısı rəqibini mübarizədən kənarlaşdırmağa çalışacaq.
 
Boks
Kişilər
60 kq
Bu çəki dərəcəsində ölkəmizi WSB liqasından 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanan Albert Səlimov təmsil edəcək. İlk mərhələdən azad olan həmyerlimiz 1/8 final mərhələsində Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla qarşılaşacaq. Görüş saat 15:15-də başlayacaq.
 
81 kq
Bu dəfə 81 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verəcək. Həmyerlimiz ilk sınaqda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə gücünü yoxlayacaq. Döyüş saat 15:15-də başlayacaq.
 
Qeyd edək ki, Azərbaycan boks yığması yarışda bütün çəki dərəcələrində təmsil olunur. Komandamızın heyətində 10 kişi, 5 qadın boksçu millimizin aktivindəki medal sayını artırmağa çalışacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM