Bakı-2015: İki tennisçimiz mübarizəni dayandırdı - YENİLƏNİR

14:45 | 16.06.2015
Bakı-2015: İki tennisçimiz mübarizəni dayandırdı - YENİLƏNİR

Bakı-2015: İki tennisçimiz mübarizəni dayandırdı - YENİLƏNİR

Bakı-2015 I Avropa Oyunlarında stolüstü tennisçilərin fərdi yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Zalında kişi və qadınların yarışının ilk dövrəsi keçirilir.
 
Azərbaycan təmsilçiləri də bu gün mübarizəyə qoşulur.
 
Qadınların yarışında çıxış edən hər iki təmsilçimiz mübarizəni I dövrədə dayandırıb. Rüfət Quliyeva rumıniyalı Bernadet Şoşla qarşılaşıb. Tennisçimiz 0:4 (5:11, 9:11, 6:11, 5:11) hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Məryəm İmanova ispaniyalı Qalla Dvorak qarşısında aciz qalıb – 0:4 (5:11, 9:11, 10:12, 4:11).
 
Kişilərin yarışındakı təmsilçilərimizdən Ramil Cəfərov saat 17:00-da polşalı Jenqyi Vanqla görüşəcək. Saat 19:00-da Fərhad İsmayılov ilk oyununa çıxacaq. O, italiyalı Matey Boboçika ilə qarşılaşacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM