Bakı-2015: İlk uğurlarımız - İlahə Qasımova yarımfinalda, Orxan Nuriyev növbəti mərhələdə

11:06 | 13.06.2015
Bakı-2015: İlk uğurlarımız -  İlahə Qasımova yarımfinalda, Orxan Nuriyev növbəti mərhələdə

Bakı-2015: İlk uğurlarımız - İlahə Qasımova yarımfinalda, Orxan Nuriyev növbəti mərhələdə

Bugün Bu gün Bakı-2015 Avropa Oyunlarında karateçilər mübarizəyə başlayıb. 

ANN.Az xəbər verir ki, təsnifat mərhələsində təmsilçimiz İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.
 
 

Bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib. 

Heydər Əliyev adına İdman Arenasında baş tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvanımız xalçaya çıxacaq.

Artıq ilk idmançımız qalibiyyətə imza atıb. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi idmançımız Orxan Nuriyev təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb və ona qalib gələrə növbəti mərhələyə keçib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb