Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR

15:35 | 16.06.2015
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR

Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR

 
Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək.
 
Taekvondo
Kişilər
58 kq
 
Bu çəkidə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov qoruyur. Gənclər arasında Avropa çempionu ilk görüşündə israilli Gili Haimovitslə gücünü yoxlayıb. Yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı rəqibinə çətin anlar yaşadaraq, layiqli qələbə qazanıb.
 
Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayıb. Qarşılıqlı hücumlar şəraitində keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. 2014-cü ildə Bakıda Avropa çempionatının bürünc medalını qazanan Qabrera 8:3 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
 
Qadınlar
49 kq
 
Qadınlardan ibarət yığmamızın heyətində Oyunlara Patimat Abakarova start verib. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı rusiyalı Aleksandra Liçaqina ilə münasibətinə aydınlıq gətirib. Görüşə uğurla başlayan idmançımız sona kimi üstünlüyünü qoruyub və döyüşü inamlı qələbə ilə başa vurub – 7:1.
 
O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşacaq. Görüş saat 15:30-da start götürəcək.
 
Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.  
 
 
Fotolar ANN.Azın müxbiri Orxan Aslanlınındır
 
 





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM