Bakı-2015: Pəhləvanlarımız mübarizəyə başlayır

09:28 | 13.06.2015
Bakı-2015: Pəhləvanlarımız mübarizəyə başlayır

Bakı-2015: Pəhləvanlarımız mübarizəyə başlayır

Bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında baş tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvanımız xalçaya çıxacaq.
 
Yunan-Roma güləşi

59 kq

Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edəcək. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşəcək. Onun döyüşü 10:49-da başlayacaq.
 
71 kq

71 kq çəki dərəcəsində güləşəcək Rəsul Çunayev də yarışa 1/8 finaldan start verəcək. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı saat 11:03-də başlayacaq görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gələcək.
 
80 kq

Digər 2 təmsilçilərimiz kimi ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirəcək. Avropa çempionatının, Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı 11:24-də Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirəcək.
 
98 kq

Güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulacaq. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi idmançımız təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşacaq. O, xalçaya 10:35-də çıxacaq.
 
Qeyd edək ki, güləş yarışlarına saat 10:00-da start veriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb