Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə qərarlarından 2689 şikayət verilib

20:00 | 27.02.2021
Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə qərarlarından 2689 şikayət verilib

Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə qərarlarından 2689 şikayət verilib

2020-ci ildə Bakı Apellyasiya Məhkəməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına daxil olmuş işlərdən 2689 işə baxılıb.


Anews.az-ın xəbərinə görə, bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.


Bunlardan 2047 iş (76.1%) üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 592 iş (22%) üzrə məhkəmə aktı ləğv edilib, 35 iş (1.3%) üzrə apellyasiya instansiyası məhkəməsinin qərardad və ya qətnaməsi dəyişdirilib, 15 iş (0.6%) üzrə kassasiya icraatına xitam verilib.


Ləğv edilən 592 işdən 33 iş (5.6%) üzrə yeni qərar qəbul edilib, 521 iş (88%) üzrə məhkəmə aktı ləğv edilib yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib, 1 iş (0.2%) üzrə ərizə baxılmamış saxlanılıb, 37 iş (6.2%) üzrə məhkəmə aktı ləğv edilərək, iş üzrə icraata xitam verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb