Bakı Funikulyoru - bura ancaq gözləməyi bacaranlar minir - FOTOLAR

09:30 | 05.06.2015
Bakı Funikulyoru - bura ancaq gözləməyi bacaranlar minir - FOTOLAR

Bakı Funikulyoru - bura ancaq gözləməyi bacaranlar minir - FOTOLAR

I Avropa Oyunlarının başlaması həm də ölkəyə xeyli sayda turistin gəlməsi, Bakının görməli yerlərini gəzməsi, eyni zamanda ölkəmiz haqqında rəylərinin formalaşması deməkdir.

Paytaxtda görməli-gəzməli yerlər çoxdur - Qız qalası, Milli Park, Şirvanşahlar Sarayı, "Azneft bağı", İçəri şəhər və s. Bakının az qala simvollarından birinə çevrilən eyni zamanda buradır - Bakı Funikulyoru. Yarışların başlamasına az qalmış oranın necə fəaliyyət göstərdiyini, qonaqları qarşılamağa hazır olub-olmadığını öyrənmək istədim. Tənbəllik etməyib yolumu oradan saldım. 

Bildiyiniz kimi, funikulyorun iki stansiyası var "Şəhidlər xiyabanı" və "Şəhidlər Xiyabanı". Səfərimə yuxarıdan "Şəhidlər xiyabanı"ndan başladım. Ən əvvəl diqqətimi buradakı qələbəlik cəlb etdi. Xeyli sayda adam qatara minmək üçün gözləyirdi. Hətta içərisində yorulub daşların üzərində oturan da var idi. Bu arada diqqətimi iki turist cəlb etdi. Onlar da gözlədilər, gözlədilər, nə onlara növbə çatdı, nə də qatar göründü. Az-çox ingilis dilində başa düşdüm ki, turistlər çox yorulub: "Azərbaycanda hər şey belədir, gözlə ki gözləyəsən, gəl, çıxaq gedək".

Onlar çıxıb getdilər və bir qədər sonra qatar gəlib çıxdı. İlk baxışdan onların vəziyyəti göz oxşayırdı - həm müasirliyi ilə, həm də təmizliyi ilə. Üzərinə də "Baku-2015 1st European games" yazılmışdı. Rəngləri də Xəzər dənizi kimi masmavi.

Səbr edib gözləyənlər qatara doluşdu, elə mən də. Gediş haqqı da yox idi, qatarlar pulsuz işləyirdi. 

Aşağı - "Bəhram Gur" stansiyasına çatana qədər bir neçə foto çəkməyə imkanım da oldu. Eyni zamanda fikirləşirdim ki, bir azdan turistlərin şəhərdə çoxalacağı bir vaxtda da qatarlar belə işləsə, qonaqlarımız bizim haqqımızda nə fikirləşəcək?

Fərqanə Novruzova

Fotolar müəllifindir
 

 































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb