"Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadiyyatın artımına xidmət edəcək"

21:40 | 15.05.2017

"Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadiyyatın artımına xidmət edəcək"

"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması iştirakçı ölkələrin iqtisadiyyatının artımına xidmət edir".

anews.az xəbər verir ki, bunu Trend-ə "InfraNews" tədqiqat mərkəzinin baş direktoru, nəqliyyat sahəsində ekspert Aleksey Bezborodov deyib.

Ekspertin sözlərinə görə, layihənin reallaşdırılması sərhədyanı ticarətin artımına gətirib çıxaracaq ki, bu da lokal tranziti genişləndirəcək.

O qeyd edib ki, layihənin icra olunmasından sonra qida, ağac emalı və digər məhsulların istehsalı genişlənə bilər. Bunun əsasında layihənin iştirakçısı olan ölkələr öz iqtisadiyyatlarını artıra bilərlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti