Bakıda 21 yeni metrostansiya yaradılması planlaşdırılır

13:47 | 08.01.2024
Bakıda 21 yeni metrostansiya yaradılması planlaşdırılır

Bakıda 21 yeni metrostansiya yaradılması planlaşdırılır

2040-cı ilə qədər Bakıda iyirmi bir yeni metrostansiya yaradılacaq. Bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.
Bununla da metro şəbəkəsinin ümumi uzunluğu hazırkı 36,6 km-dən 73,4 km-ə çatdırılacaq. 

Plana görə, "28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq. 

Eyni zamanda, 2040-cı ilədək "28 May”-”Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması planlaşdırılır.

2027-ci ilə qədər bənövşəyi xətt üzrə "Xocəsən-Avtovağzal" hissəsinin, "B-03" və "B-04" stansiyalarının, yaşıl (dairəvi) xətt üzrə "Dərnəgül" elektrik deposunun, "Y-03", "Y-02" "Y-14" və "Y-15" stansiyalarının tikintisi aparılacaq.

2040-cı ilə qədər Xırdalana metro çəkilməsi də nəzərdə tutulub. 
 
Hazırda Bakıda 25 metrostansiya fəaliyyət göstərir. İlk metro isə 1967-ci il fəaliyyətə başlayıb. 
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM