Bakıda avtobus qəzaya uğradı - Yaralananlar var

11:14 | 14.12.2019
Bakıda avtobus qəzaya uğradı - Yaralananlar var

Bakıda avtobus qəzaya uğradı - Yaralananlar var

Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.

Anews.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili göndərilib. Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazımi yardım göstərilib, müalicələri davam edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb