Bakı sakinlərinə ŞAD XƏBƏR - FOTOLAR

10:51 | 04.10.2016
Bakı sakinlərinə ŞAD XƏBƏR - FOTOLAR

Bakı sakinlərinə ŞAD XƏBƏR - FOTOLAR

Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin "Dərnəgül” elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib.

ANN.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
 
Qurum rəsmisinin sözlərinə görə, M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır: "Sakinlər tikintisi davam edən "Dərnəgül” elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradırdı. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən Bakı Metropoliteni rəhbərliyi yeraltı piyada keçidi tikmək haqqında qərar qəbul etmişdi".

"Uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi artıq sakinlərin istifadəsinə verilib. Layihəsi "Bakı Metropoliteni” QSC nəzdində fəaliyyət göstərən "Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanan piyada keçidi Tikinti departamenti tərəfindən müasir standartlara cavab verən formada tikilib" - deyə N.Paşayev bildirib.
 
Orxan Aslanlı
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb