Bu günlərdə Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elana görə, Bakının Nəsimi rayonunda fəaliyyət göstərən "Təzə bazar” MMC-nin ləğv edilməsi prosesinə başlanılıb. Həmin MMC Bakıda eyni adlı məşhur bazarın mülkiyyətçisi idi.
Bəs "Təzə bazar” MMC-nin ləğvinin səbəbi nədir? Bakının bu məşhur bazarı fəaliyyətini dayandırır?
Virtualaz.org yazır ki, "Təzə bazar” bu yaxınlarda mülkiyyətçisini dəyişib, Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı milyarderə satılıb. Sövdələşmənin təfərrüatları isə məlum deyil.
İş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, özünün və ailəsinin şəriki tərəfindən ölümlə hədələndiyi haqda məlumat vermişdi. Bundan əvvəl isə dəfələrlə Şıxəliyevin adamları ilə İbrahimovun adamları arasında münaqişələr, kütləvi qarşıdurmalar baş verib. Habelə bazarda bu ilin aprelində müəmmalı yanğın hadisəsi olub.
Nəhayət bu mübahisəli bazar mülkiyyətçisini dəyişib və aldığımız məlumata görə yeni mülkiyyətçi artıq bazarın məsul işçilərini dəyişib, yenilərini təyin edib. Lakin yeni sahibkarın bazarla bağlı gələcək planları məlum deyil. Bəzi şaiyələrə görə bazar söküləcək və yerində yeni, daha müasir bazar tikiləcək.
Sayt Məmmədağa İbrahimovla əlaqə saxlamağa çalışanda məlum olub ki, bazar satılandan sonra iş adamı telefon nömrələrini dəyişib və "əhatə dairəsində” deyil. Buna görə də, onunla ünsiyyət yaratmaq mümkün olmayıb.
Xatırladaq ki, "Təzə bazar” 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !