"BakuBus" bu avtobusun hərəkəti istiqamətini dəyişdirir

16:49 | 01.04.2016

"BakuBus" bu avtobusun hərəkəti istiqamətini dəyişdirir

"BakuBus” MMC-yə məxsus 6 saylı avtobusun hərəkəti istiqaməti müvəqqəti dəyişdirilir.
 
"APA-Economics" xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
 
"Aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq, aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Odur ki, 6 saylı xəttimiz Azadlıq metro stansiyasının önündən İçəri şəhər metro stansiyasına qədər hərəkət edəcək”, - deyə N. Allahyarova bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb