Bakıya yeni baş baytar təyin olunub

23:12 | 09.12.2013
Bakıya yeni baş baytar təyin olunub

Bakıya yeni baş baytar təyin olunub

Vəzifəyə təyin olunmuş Aslan Aslanov bu gün kollektivə təqdim edilibBakı Şəhər Baytarlıq İdarəsinə yeni rəis təyin edilib. Vəzifəyə təyin olunmuş Aslan Aslanov əvvəllər də bu sistemdə işləyib. Bu barədə ANS PRESS-ə Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.Onun sözlərinə görə, Aslan Aslanov bundan əvvəl Bakı şəhəri 3 mikrorayon bazarı yaxınlığında yerləşən 20 saylı baytarlıq sanitariya-ekspertiza laboratoriyasının müdiri olub. Əvvəllər Bakı Şəhər Baytarlıq İdarəsinə də rəhbərlik edib.ANS PRESS-in Aslan Aslanova yaxın mənbədən aldığı məlumata görə, o, əslən Azərbaycanın Kəlbəcər rayonundandır.Xatırladaq ki, Aslan Aslanovu bu gün kollektivə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova təqdim edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM