Bank VTB Gəncədə filialını açmağa hazırlaşır

16:09 | 09.12.2014
Bank VTB Gəncədə filialını açmağa hazırlaşır

Bank VTB Gəncədə filialını açmağa hazırlaşır

Bank VTB (Azərbaycan) VTB qrupuna daxildir. VTB qrupu – Qərbi Avropanın, Asiyanın və Afrikanın 21 ölkəsində təqdim edilmiş, dinamik şəkildə inkişaf edən beynəlxalq maliyyə qrupudur.
 
VTB Qrupu, dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən, həmçinin Rusiyada və MDB ölkələrində zəngin iş təcrübəsinə malik olan Rusiyanın aparıcı maliyyə qruplarından biridir. Maliyyə bazarlarında - London Fond Birjasında (London Stock Exchange) və Moskvanın RTS VƏ MMVB birjalarında şirkət geniş spektirli pərakəndə və korporativ bank məhsulları ilə təmsil olunur.

Noyabrın 28-də Bank VTB-nin yeni Sumqayıt filialının rəsmi açılışı oldu. Bu filial əhalisinin sayına görə ölkənin üçüncü şəhəri olan Sumqayıtın sakinlərinə xidmət göstərəcək. Bununla da Bank VTB-nin Azərbaycanda filiallarının sayı 13 oldu və bu filial VTB-nin Bakıdan və Abşeron yarımadasından kənarda ilk filial kimi tanındı.

"Bank VTB" (Azərbaycan) həmçinin Günəş enerjisinin istehsalı üçün nəzərdə tutulan avadanlıqların alınması üzrə bir sıra iri Hindistan şirkətləri ilə danışıqlar aparıb.

Günəş panelləri şəxsi istifadə üçün nəzərdə tutulub və alternativ enerji mənbəyi kimi yaşayış evlərində quraşdırıla bilər. Danışıqlar nəticəsində razılıq əldə edilib ki, "Bank VTB" (Azərbaycan) Günəş panellərini almaq arzusunda olan əhalini istehlak kreditləri çərçivəsində maliyyələşdirəcək.

Bankın fəaliyyəti haqqında daha ətraflı məlumatı VTB (Azərbaycan) bankının sədri Yuri Yakovlevin ANN.Az portalına verdiyi müsahibəsində tanış ola bilərsiniz.

 
Müəllif: Aynur Məmmədova
ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb