Baqiri: "İran Rusiyaya elektrik enerjisini Ermənistan deyil, Azərbaycan üzərindən nəql edəcək"

17:36 | 31.05.2016
Baqiri:

Baqiri: "İran Rusiyaya elektrik enerjisini Ermənistan deyil, Azərbaycan üzərindən nəql edəcək"

 İran və Rusiya arasında elektrik enerjisinin  ötürülməsinə dair müzakirələr son mərhələdədir.
 
Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Elektrik Enerjisi Sənayesi İttifaqının İxracat komitəsinin sədri Pəyam Baqiri deyib.
 
P. Baqiri deyib ki, mövcud şəraitdə elektrik enerjisinin nəqli Azərbaycan vasitəsi ilə baş tutacaq: "İran və Rusiya arasında elektrik enerjisinin mübadiləsi ilə bağlı müzakirələr  uzun müddətdir aparılır. Danışıqlara əsasən, yay aylarında Rusiya elektrik enerjisini İrana, qış aylarında isə İran enerjisini Rusiyaya ixrac edəcək. Önəmli məsələlərdən biri  elektrik enerjisinin hansı marşrutla ötürülməsidir. İki marşrut nəzərdə tutulub - İran-Ermənistan-Gürcüstan-Rusiya və İran-Azərbaycan-Gürcüstan-Rusiya. Hazırda İran və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq perspektivi bunu deməyə əsas verir ki, İran elektrik enerjisi Ermənistanla deyil, Azərbaycan vasitəsilə Rusiyaya nəql olunacaq".
 
Onun sözlərinə görə, hazırda İran və Azərbaycan arasında elektrik xətləri sinxronlaşdırılıb və bu layihə daha da genişləndiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb