Baş məşqçi finalçılardan danışdı

15:15 | 13.06.2015
Baş məşqçi finalçılardan danışdı

Baş məşqçi finalçılardan danışdı

"Kişi idmançılarımızdan üç nəfər, qadın idmançılardan isə bir nəfər yarımfinaldadır”.
 
Bu sözləri Axar.az-a karate üzrə yığma komandamızın baş məşqçisi Rəhman Hətəmov deyib. Mütəxəssisin sözlərinə görə, qadın idmançılarımızın nəticəsi bir qədər zəif olsa da, ümumilikdə nəticələr qənaətbəxşdir:
 
"Oyunların Bakıda keçirilməsi bizim üçün çox böyük nailiyyətdir. Nəzərinizə çatdırım ki, karate idman növünün oyunlara salınması birbaşa cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə olub. Biz çalışacağıq ki, doğma meydan amilindən yararlanaq.
 
Biz artıq bir ildir ki, hazırlaşırıq. Düzdür, qadın idmançılarımız nəticələri kişilərlə müqayisədə zəifdir. Amma buna baxmayaraq, kişi idmançılarımızdan üç nəfər, qadın idmançılardan isə bir nəfər yarımfinaldadır”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb