Bayram yarmarkaları bu ərazilərdə keçiriləcək - SİYAHI

23:12 | 12.03.2015
Bayram yarmarkaları bu ərazilərdə keçiriləcək - SİYAHI

Bayram yarmarkaları bu ərazilərdə keçiriləcək - SİYAHI

Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınması məqsədilə martın 14-dən 19-dək kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, yarmarkalar aşağıdakı ünvanlarda keçiriləcək:

Xətai rayonu - Ukrayna dairəsinin və Bakı kinoteatrının yanı, Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi, Yasamal rayonu - Akim Abbasov küçəsi, İran klinikasının yanı, Nərimanov rayonu - Gənclik metrosunun yanı, Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası, Suraxanı rayonu - Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, "Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12, Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulub və bu barədə əlavə məlumat veriləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb