Belarusda tikilən AES-də xoşagəlməz olay

14:41 | 01.08.2016
Belarusda tikilən AES-də xoşagəlməz olay

Belarusda tikilən AES-də xoşagəlməz olay


Vilnüsdən cəmi 50 kilometr aralıda tikilən Belarus AES-də baş verən insidentə görə, Litva hökuməti etiraz notası göndərib

Atom elektrik stansiyasının (AES) tikilişindəki olaydan sonra Litva hökuməti etiraz notası verib.

Litva ilə sərhədin cəmi on kilometrliyində - paytaxt Vilnüsdən cəmi 50 kilometr aralıda tikilən Belarus AES-də ciddi insident olub. Məlumata görə, nüvə reaktorunun 330 tonluq korpusu 2-4 metrlik hündürlükdən yerə düşüb. Rəsmi Minsk geniş açıqlamadan boyun qaçırır.

Belarus naziri etiraf edib

Belarusun energetika naziri etiraf edib ki, bu ay nüvə reaktorunun korpusu daşınarkən, "nəzərdə tutulmayan hal" baş verib.

Litva Xarici İşlər Nazirliyi Belarus səfirinə etiraz notası təqdim edərək, insidentin diqqətlə quraşdırılmasını istəyib. Notada o da vurğulanır ki, qonşu dövlətlər və Beynəlxalq atom enerjisi agentliyi (MAQATE) də araşdırma nəticələri ilə tanış olmalıdır.

"Belarus təhlükəsizliklə bağlı sualları cavabladırmaqdan boyun qaçırır, müşahidəçiləri buraxmaq istəmir, bu da hər zaman bizdə narahatlıq doğurur. Ard-arda baş verən qəzalar göstərir ki, narahatlığımıza dəyərmiş”. Litva prezidenti Dalia Grybauskaitė belə deyib.

"Rosatom” qəzanı təsdiqləsə də...

Sözügedən AES Vilnüsə o qədər yaxındır ki, günəşli və buludsuz gündə onu Vilnüs teleqülləsindən görmək olar. Rəsmi Minsk və Rusiyanın "Rosatom" korporasiyası qəzanın ciddiliyini inkar edir. "Rosatom" qəzanı təsdiqləsə də, reaktor korpusunun zədələnmədiyini və qurulmağa hazır olduğunu bildirib.

Litvadakı siyasi partiyalardan biri Belarus AES-dən elektrik enerjisinin alınmasını yasaqlayan qanun layihəsini parlamentə çıxarmaqdan ötrü imza toplamağa başlayıb.

Litva siyasətçiləri AES tikintisinin dondurulmasına inanırlar

Gözlənildiyinə görə, Belarusda istehsal edilən elektrik enerjisinin əsas istehlakçısı İsveç olacaq. Burada yerli AES-lər bağlanma prosesi başlandığından, elektrik enerjisinin qıtlığı proqnozlaşdırılır. Litva siyasətçiləri buraxılan elektrik enerjisinin Qərbə və Skandinaviya ölkələrinə satışını önləməklə, AES-in iqtisadi bazasının sıradan çıxmasına və onun tikintisinin dondurulmasına nail olacaqlarına inanırlar. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb