Sənədsiz evlərə sənəd verilməməsi ciddi problem olaraq qalır - Deputat

13:13 | 16.01.2024
Sənədsiz evlərə sənəd verilməməsi ciddi problem olaraq qalır - Deputat

Sənədsiz evlərə sənəd verilməməsi ciddi problem olaraq qalır - Deputat

Bələdiyyələrdə xəritələrinin tətbiqi və sənədsiz evlərə sənəd verilməməsi ciddi problem olaraq qalır. Bunu deputat Kamran Bayramov deyib.
 
"Bələdiyyələrin fəaliyyətində bir sıra problemlər var. Xəritələrin tətbiqi və sənədsiz evlərə sənəd verilməsi ən ciddi məsələdir. Bunlar həll olunmasa bələdiyyələrin maliyyə problemi olacaq. Məndə olan məlumata görə, proses gedir, amma ləng gedir. Bələdiyyələrin faəliyyəti ilə bağlı yeni qanun layihəsinə ehtiyac var", - deputat yanvarın 16-da  Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclasında bildirib. 
 
2024-cü il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 30 ildən sonra seçkilər bütün ölkəni əhatə edəcək. 
 
Hazırda ölkə üzrə 1606 bələdiyyə fəaliyyət göstərir.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM