Berti Foqts niyə qaçdı?

15:41 | 15.10.2014
Berti Foqts niyə qaçdı?

Berti Foqts niyə qaçdı?

Xorvatiya kollektivinə 0:6 hesabı ilə rüsvayçı hesabla məğlub olan yığmamızın baş məşqçisi Berti Foqtsun istefaya getməsi son günlərin əsas müzakirə mövzusudur.

ANS PRESS-in məlumatına görə, artıq AFFA rəhbərliyi də Berti Foqtsun istefaya göndərilməsinin siqnallarını verməyə başlayıb. AFFA-nın baş katibi Elxan Məmmədov Berti Foqtsun Azərbaycan yığmasından getmək istəməsinə münasibət bildirib. O, açıqlamasında bunları söyləyib:"AFFA rəhbərliyi son oyunun nəticəsinə görə üzgündü. Komandamız belə uduzmamalıydı. İki səfər oyunundan xalsız qayıtdıq. Başa düşürük ki, üç oyundan sonra xalsız qalmağımız bizi hədəfimizdən uzaq salır. Təəssüf ki, vəziyyət belə alındı. İndi bunu analiz etməyimiz lazımdı. AFFA İK ilə müzakirələrimiz olacaq. Berti Foqtsun izahatını gözləyirik. Lazım gələcəyi halda İK-da hər şey müzakirə olunacaq".Qeyd edək ki, Berti Foqts Azərbaycan yığma üzvləri ilə Azərbaycana qayıtmayıb. Baş məşqçi Xorvatiyadan birbaşa Almaniyaya yola düşüb. Ancaq Berti Foqts əksər səfər oyunundan sonra Azərbaycana qayıtmayaraq Almaniyaya yola düşürdü. Budəfəki addımın isə istefası ilə bağlı olub-olmamasına isə yaxın günlərdə aydınlıq gələcək. Hər halda Berti Foqts istefa ərizəsi yazmaq fikri olsaydı Bakıya AFFA-nın inzibati binasına gələrdi. Deməli alman baş məşqçi öz xoşu ilə istefa ərizəsi yazmayaraq istefaya göndərilməsini gözləyəcək. Müqavilənin birtərəfli qaydada pozulması Berti Foqtsa təzminat ödənməsi anlamına gəlir. Qeyd edək ki, AFFA 2013-cü ildə Berti Foqtsla müqavilənin müddətini uzadıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb