Beşiyi tərpədən əllərMÜSAHİBƏ

18:51 | 25.11.2015
Beşiyi tərpədən əllər – MÜSAHİBƏ

Beşiyi tərpədən əllərMÜSAHİBƏ

Elnarə Nəsirli "Sevimli Bala” layihəsinin qurucusu və görkəmli Azərbaycan şahmatçısı Teymur Rəcəbovun xanımıdır. O intelligensiyaya məxsus "Kimdir müqəssir” və "Nə etməli?” kimi suallar vermir. Başqaları gələcək barədə düşünərkən Elnarə həyat, ailə və uşaqların tərbiyəsi barədə fikirlərini əsas götürməklə gələcəyi yaradır. 

- Gülümsəməsiz və nəzakətsiz halda həyatın çətinliklərinə sinə gərmək bir tərəfə qalsın, bəs həyatı özümüzün zibilləməsinə nə ad vermək olar? Avtomobillərdən atılan butulkalar, zibillənmiş həyətlər və kəndarlar məsələsində nə etməliyik? Bu vəziyyəti necə dəyişək?

- Layiqli nəsil yetişdirmək üçün uşaqlardan başlamaq lazımdır. Buna görə də biz ekoloji və kimyəvi "Sevimli Bala” labaratoriyasını yaratmışıq, hər bir uşaq ayda bir dəfə bura baş çəkə bilər. Bu məşğələlərdə biz uşaqlara ekologiyanın əsaslarını, öz şəhərimizi və ölkəmizi necə qoruya biləcəyimizdən danışırıq. Və mən əminəm ki, evə qayıtdıqdan sonra, valdeiynlərin qeyri-adekvat hərəkətlərinə onlar mütləq reaksiya verəcəklər. 

- Siz onlara mücərrəd, yoxsa konkret şeylər öyrədirsiz? 

- Əlbəttə ki, konkret. Başa salırıq ki, işığı söndürmək, suyu bağlamaq, zibili atmaq, həm də hara gəldi yox, məhz nəzərdə tutulan yerə atmaq lazımdır. Mən müşahidə eləmişəm ki, uşağın valideynə irad bildirməsi əksər hallarda hansısa sosial reklamdan daha effektiv olur. 

- "Sevimli bala” klubu ideyasının ilham mənbəyi və təşəbbüskarı kimdir? Çox maraqlıdır, nəyə görə siz hansısa qlamur bir işi yox, çətin, məsuliyyətli, emosional və mənəvi baxımdan çətin bir işi seçdiniz? 

- Klubu yaratmaq ideyası qızım Məryəmin doğumundan əvvəl yarandı. Həmin dövrdə mən ingilis ekologiya şirkətlərinin birində konsultant kimi işləyirdim. Hələ tələbə olduğum dövrdə çoxsaylı uşaq ekologiyası layihələrinin təşəbbüskarı olmuşdum. Bir dəfə ərimlə gələcək fəaliyyətim barədə danışanda, fikirləşdim ki, bəlkə uşaqlarla bağlı bir işdə çalışım? Hər şey belə başladı, mən www.sevimlibala.com saytını işləyib yaratdım, burada analar öz təcrübələrini və biliklərini bölüşə, praktiki məsləhətlər ala və onları narahat edən mövzuları bölüşə bilərdilər. Sonra biz uşaq master-klasları açdıq, nəhayət, bu il Şahmat və Sevimli Bala İncəsənət Klubunu yaratdıq. 

- Neçə yaşda Sevimli Bala klubuna yazılmaq olar? 

- Klubumuz 1-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Bizim bir neçə ümumitəhsil proqramımız və sinfimiz var. Məsələn, balacalar nitqi inkişaf elətdirmək, rəngləri fərqləndirmək, ingilis və rus dilini öyrənmək, fiziki və mənəvi cəhətdən, həmçinin etikanı inkişaf etdirmək üçün klubumuza gəlirlər. Məşğələlər həftənin üç günü keçirilir, hər qrupda 8 nəfər təmsil olunur. Qruplarda bu sayda uşaqların olması bizə onlara fərdi yanaşmağa imkan verir. Montessori pedaqoji sistemi hər bir uşağa özünüifadə üçün mümkün olduğu qədər azadlıq və sərbəstlik verməyi nəzərdə tutur. Onların bəzilərinə daha konkret orientirlər lazımdı, xüsusilə məktəbə hazırlıq dövründə. Dözümü artırmaq üçün dərslərdə konsentrasiya olmağı bacarmaq, məktəbə qədər stressi azaltmaq bacarığı tələb olunur. 6 yaşdan sonra isə uşaq onunçün nəyin daha maraqlı olduğunu sərbəstcə seçə bilər: rəsmi, rəqsi, musiqini, dillərin öyrənilməsini, şahmatı, incəsənəti, kimya və biologiya daxil olmaqla ekoloji və təcrübə labaratoriyalarını. 

- Nəyə görə Qərbdə uşaqlara tam sərbəstlik verilir? Həqiqətən valideynlər başa düşmürlər ki, uşaqlara qayda-qanun öyrətməsələr, gələcəkdə onlarçün çətin olacaq? 

- Bu, çox maraqlı fenomendir! Ancaq təcrübə göstərir ki, kütləyə azad tərbiyə vermək mənfi nəticələr vermir. Müəyyən yaşa qədər uşağa demək olar ki, hər şeyə icazə verilir, yalnız bundan sonra müəyyən məhdudiyyətlər qoyulur. Məncə, uşağa əvvəlcə azadlıq və qayda-qanunların qarışığı olan  harmonik tərbiyə verilməlidir, Sevimli Bala klubumuzda da biz bunu həyata keçiririk. 

- Uşaq klubu yaratmaq ideyası əladır, ancaq planlaşdırılanları yaxşı, oturuşmuş komandasız etmək mümkünsüz olar. Sizin komandanızın hərəkətverici qüvvəsi kimdir? 

- Saytın yaradılmasından sonra baş redaktor Solmaz Paşayeva bizə qoşuldu, sayta o baxır. Nərminə Həsənli bizim icraçı direktorumuzdur, bütün tədbirlərə o cavabdehdir. Ümumilikdə bizdə 20 əməkdaş çalışır və mən onların hamısına minnətdaram. 

- Hansı tədbirləri həyata keçirmisiz? 

- Biz uşaqlar üçün xeyriyyə master-klaslarından başladıq – üzəriyazılı köynəklər, müxtəlif oyuncaqlar hazırladıq, biletlərin satışından gələn gəliri isə iki uşağın cərrahiyə əməliyyatına sərf etdik. Layihəmizin məqsədi təkcə uşaqlarla kifayətlənmir, biz valideynlərlə də işləyirik, ona görə də gələcək analar üçün müntəzəm surətdə seminarlar keçiririk. 

- Sizin üçün ayrıca bir şəxsi fəza varmı ki, sevimli filmlər, kitablar, dostlarla ünsiyyət sizinçün nəfəslik rolu oynayır? 

- Mənim indi buna elə ciddi ehtiyacım var ki... Mən incəsənəti, rəsmi, müxtəlif sərgilərə baş çəkməyi, yaradıcı insanlarla ünsiyyəti çox sevirəm. Həmçinin əvvəllər idmana – basketbola, tennisə, kapoeyraya çox vaxt sərf edərdim. 

Hə-hə, Bakıda Braziliyadan gəlmə bu döyüş idman növünü bilən azdır. Mən kapoeyroyla bir neçə il məşğul olmuşam. Mən düşünürəm ki, idman istisnasız bütün qadınlar üçün vacibdir! Belə ki, bu sadəcə hansısa aerobika deyil, zövq üçün idman olmalıdı, bu qadına öz qayğılarından və problemlərindən qurtulmağa imkan verməlidir. Siz qaçış cığırına enirsiz və bütün problemlərdən qaçırsız. Məhz bu sizin şəxsi fəzanızdır, burda heç kim sizi narahat etmir. 

Materialı Bəhram Bağırzadə təqdim edib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb