Bəxtiyar Hacıyevin məhkəməsi başlayır

19:55 | 22.12.2023
Bəxtiyar Hacıyevin məhkəməsi başlayır

Bəxtiyar Hacıyevin məhkəməsi başlayır

İctimai fəal Bəxtiyar Hacıyevə qarşı qaldırılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Onun işi üzrə hazırlıq iclası 2023-cü il dekabrın 29-na təyin edilib.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  "xuliqanlıq” (CM-nin 221-ci maddəsi) və "məhkəməyə hörmətsizlik” (CM-nin 289-cu maddəsi) nəzərdə tutan maddələri ilə  ittiham olunur.

Bu ilin iyulunda onun ittiham olunduğu maddələrin üzərinə  192-ci (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (qəsdən saxta sənədlərdən istifadə etmə) maddələri də əlavə edilib.
 
Noyabrda isə o əlavə olaraq Cinayət Məcəlləsinin 213.1 (vergiləri, işsizlikdən sığorta ödənişlərini, icbari tibbi və sosial sığortanı ödəməkdən yayınma) maddəsi ilə ittiham olunub.

Bəxtiyar Hacıyev  ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və siyasi motivlərlə  həbs olunduğunu bəyan edib. 

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
 
Bəxtiyar Hacıyev ABŞ-ın Harvard universitetinin məzunudur. Bu universiteti beynəlxalq münasibətlər ixtisası üzrə bitirib və vətənə qayıdandan sonra əsasən hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. 
 
N.Təbrizli 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb