Beynəlxalq bank özünü müflis elan etdi

10:19 | 13.05.2017
Beynəlxalq bank özünü müflis elan etdi

Beynəlxalq bank özünü müflis elan etdi

Azərbaycannın ən iri bankı olan Azərbaycan  Beynəlxalq bankı Nyu Yorkda bankrot olması barədə açıqlama verib və kreditorlara olan 3,3 milyard dollarlıq borcunu restrukturizasiya etməsi üçün yardım istəyib, bunu  Wall Street Journal nəşri yazıb.


Bankın kapitalının dövlət tərəfindən artırılmasına baxmayaraq,  neftin qiymətinin düşməsi  və valyuta bazarında olan dəyişikliklər banka  ciddi ziyan vurub, deyə nəşr yazır.  
 
Qəzet iddia edir ki, məhkəmə müraciətə müsbət cavab verərsə, bank ABŞ-ın müvafiq qanunvericiliyinin üstünlüklərindən yararlanaraq bir sıra imtiyazlardan (kreditorlarla məhkəmə çəkişmələrindən) faydalana biləcək.
 
WSJ qeyd edir ki, cari ilin aprel ayında bank rəsmi olaraq restrukturizasiya prosesinə başlayıb. Nəşr bankın açıqlamasına istinadən yazır ki, ölkənin ən iri və dövlət bankı olan ABB son illər ərzində bir sıra kapital qoyuluşuna baxmayaraq, ciddi zərərdən qurtula bilməyib: "Məhkəmə sənədlərinə əsasən, ABB milyardlarla dollar məbləğində olan ümidsiz (problemli) aktivlərini başqa bir dövlət kredit təşkilatına ("Aqrarkredit" - red.) ötürüb. Qlobal böhran zamanı ABŞ da bu praktikaya əl atıb, lakin bu addımlar yetərsiz olub".
 
Qəzet bankın hüquqşünaslarına istinadən yazır ki, Nyu-York məhkəməsinin ABB-nin müraciətinə müsbət cavab verməsi həm bank, həm də ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir: "Bankın rəsmiləri qeyd edir ki, ABB ABŞ-da əməliyyatlar həyata keçirməsə də, buradakı müxbir hesablardan mütəmadi istifadə edir. Hazırda ABB-nin ABŞ-dakı müxbir hesablarında 50 mln. dollarlıq vəsaiti var".
 
Nyu-York məhkəməsi iş üzrə dinləmələri iyunun 7-ə təyin edib. Dinləmələr hakim Ceyms L.Harritinin sədrliyi ilə keçiriləcək.
 
Maliyyə naziri Samir Şərifov bildirib ki, bankın investorları ilə görüş mayın 23-də Londonda görüşəcək.
 
ABB prosesə "White & Case LLP" konsaltinq şirkətini cəlb edib. Bankdan verilən məlumata görə, şirkətin nümayəndələri bir müddətdir Bakıdadır və Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və ABB-nin rəhbərliyi ilə sıx təmasdadır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM