Beynəlxalq Rostropoviç festivalının proqramı açıqlandı

18:11 | 25.03.2014
Beynəlxalq Rostropoviç festivalının proqramı açıqlandı

Beynəlxalq Rostropoviç festivalının proqramı açıqlandı

Xəbər verdiyimiz ki, mart, aprel və may aylarında müvafiq olaraq Moskva, Orenburq və Bakı şəhərlərində dünya şöhrətli musiqiçi, əslən bakılı olan Mstislav Rostropoviçə həsr edilmiş beynəlxalq festivallar keçiriləcəkdir.AzərTAc Mstislav Rostropoviç Fondunun saytına istinadla xəbər verir ki, aprelin 23-dən 27-dək Orenburqda davam edəcək II Beynəlxalq Mstislav Rostropoviç festivalının açılış mərasimi bu şəhərin M.Qorki adına Dövlət Dram Teatrında keçiriləcəkdir. Həmin gün M.Musorqskinin “Boris Qodunov” operası göstəriləcəkdir. Səhnə əsərini Qalina Vişnevskaya, Opera İfaçılığı Mərkəzinin solistləri və orkestri ifa edəcəkdir. Bədii rəhbər Olqa Rostropoviçdir.Festival günlərində litvalı dirijor Gintaras Rinkyaviçusun idarəçiliyi ilə Y.F.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri çıxış edəcəkdir. Bədii rəhbər Vladimir Yurovski, solistlər Aleksandr Korsantiya (fortepiano), David Gerinqasdır (violonçel).Festival aprelin 27-də Orenburq Vilayət Filarmoniyasında Litva kamera orkestrinin çıxış ilə yekunlaşacaqdır. Bədii rəhbər, dirijor və solist (skripka) Sergey Krılovdur.Ümumiyyətlə, festival müddətində S.Raxmaninovun, A.Dvorjakın, P.Çaykovskinin, Y.Haydnın, A.Vivaldinin əsərləri səslənəcəkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM