Bəzi banklar dolları daha da ucuzlaşdırdı

11:47 | 02.02.2017
Bəzi banklar dolları daha da ucuzlaşdırdı

Bəzi banklar dolları daha da ucuzlaşdırdı

Bu gün banklarda dolların daha da ucuzlaşması müşahidə olunur.

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, dünən 1 dolları 1,9740 manata satan "Accessbank” bu gün 1,9580 manata satır.

Satışla birgə dollar alışının da qiyməti enib. Dünən bank dolları 1,9330 manata alırdı, bu gün isə məzənnə 1,9200 manatdır.

Dünən ilə müqayisədə 1 dolların satış qiymətini "Ata Bank” 1,9700 manatdan 1,9650 manata, "NBC Bank” 1,9500 manatdan 1,9490 manata, "Bank BTB” 1,9550 manatdan 1,9400 manata, "Bank Silk Vey” 1,9650 manatdan 1,9450 manata, "ASB Bank” 1,97 manatdan 1,96 manata endiriblər.

Qeyd edək ki, bəzi banklarda dolların satış qiyməti 1,9900 manatı keçmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb