Bitkoin məzənnəsi ilk dəfə 71 min dolları keçib

14:06 | 11.03.2024
Bitkoin məzənnəsi ilk dəfə 71 min dolları keçib

Bitkoin məzənnəsi ilk dəfə 71 min dolları keçib

Bitkoinin qiyməti saat 13:00-da 2,4% bahalaşaraq 71 213 min dollara çatıb.  İlin əvvəlindən kriptovalyuta demək olar ki, 70% bahalaşıb. Bu barədə MarketWatch yazıb.
 
Bu həftənin əvvəlində müşahidə olunan artımın əsas səbəbləri yoxdur. Ümumiyyətlə, kriptovalyutanın artmasına birbaşa bitkoinlərə investisiya qoyan ilk ETF-lərin yaranması və apreldə baş verəcək və bitkoin təklifinin azalmasına səbəb olacaq "halving” adlanan gözləntilər səbəb olur.

Son 12 ayda bitkoinin məzənnəsi 3,5 dəfə (246%) artıb. Bu, eyni dövr ərzində çip istehsalçısı Nvidia-nın səhmlərinin 281% artması ilə əlaqələndirilir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM