"Bizdə emal zavodu olsaydı, xammal yerli bazara verilərdi"

16:36 | 21.09.2016

"Bizdə emal zavodu olsaydı, xammal yerli bazara verilərdi"

"Bizdə emal zavodu olsaydı, xammal yerli bazara verilərdi".

ANN.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev xəz dəri məhsullları haqda danışarkən deyib.

"Xəz dəri məhsulllarının ölkədən kənara çıxarılmasına rüsum qoyulması ilə bağlı təklif hazırda hökumətdə müzakirə olunur və düşünürəm ki, tezliklə qəbul olunacaq. Bizdə emal zavodu olsaydı, xammal yerli bazara verilərdi. Bəzi iş adamları rüsum ödəməməklə bunu xarici bazara çıxarmağa çalışır", - deyə komitə sədri bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin ilk üç ayında gömrük cinayətləri ilə bağlı dövlət büdcəsində 1 milyon manat vəsait daxil olub.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb