Bizim rüşvətxorlardansa, Konçita yaxşıdır

16:23 | 14.05.2014
Bizim rüşvətxorlardansa, Konçita yaxşıdır

Bizim rüşvətxorlardansa, Konçita yaxşıdır

"Avroviziya"da avstriyalı transseksualın qələbə qazanması haqqında mən dağlıq Qafqaz kəndi İlisuda 31 yaşlı ingilis Aleks Beykerdən eşitdim. Bir qədər ziddiyyətli görünə bilər, ona görə də izah edirəm: mən üç gün İlisuda şəhər səs-küyündən dincəldim. Peyk antennasının quraşdırılmasına vaxt sərf etməməyə qərar verdim və "Avroviziya" keçirilən günlərdə televizora baxmadım.

Beyker isə təsadüfən mənim qonağım oldu. Bakı-Balakən marşrutu üzrə hərəkət edən qatarda mənim qonşum Qafqazda səyahət edən, İngiltərədən olan söhbətcil və nəzakətli turist oldu. Bakını gördükdən sonra, o, Şəki şəhərinə getmək üçün qatara minir, yaxınlığında İlisunun yerləşdiyi Qax isə Şəkinin yanındadır. Buna görə də mən bazar gününə kimi ona qonaq qalmağı təklif etdim, çünki dünən gecə paytaxta qayıtmalı idim.

Arabir yuxuya daldıqdan sonra biz dünyada, qərbdə, Azərbaycanda, Gürcüstanda, Ermənistanda, Rusiya və Ukraynada olanları müzakirə edirdik. Stalini, ata-oğul Əliyevləri və Putini təhlil etdik, bir neçə dəfə Aleks Qərbin mənfi cəhətləri haqqında "Dabl yu Buş" sözləriylə tənqidi nitq söylədi. Nəhayət, "Avroviziya" söhbətinə çatdıq və centlmen Beyker mobil telefonda xəbərləri gözdən keçirib dedi ki, yarışmada Avstriyalı iştirakçı qalib gəldi.

Bizim son mübahisəmiz transseksuallar haqqında oldu, çünki söhbətin əvvəlində mən qalib olan şəxsə dair narazı münasibətimi ifadə etdim. Niyə avropalılar "saqqallı qadına" səs verdilər? Bəs onun xarici görünüşü istənilən bir şəxsə öz psixoloji təsirini göstərməzmi? Bəs niyə Konçtia, öz tolerantlığı və transseksuallara dözümlü münasibəti ilə seçilən Avstriyada öz çirkinliyini göstərmək istəsin ki? - mən Aleksdən soruşdum.

O, mənim təəccübümü anlamırdı.

Azərbaycan müğənnilərinin qələbəsindən və "Avroviziya" müsabiqəsinin Bakıda keçirilməsindən sonra bu yarış bizə bir o qədər də maraqlı deyil. Bu, düşünürəm ki, aydındır. Bəziləri hətta istəmirlər ki, "Avroviziya" növbəti dəfə Azərbaycanda keçirilsin, çünki növbəti il bizim ölkəmiz Birinci Avropa Olimpiya Oyunlarını qəbul edəcək. Avromahnılarsız da qayğılarımız yetəri qədərdir.

Amma kənardan bu şouya baxmaq və kimin qalib gələcəyini fərz etmək də maraqlıdır. Erməni müğənnisi Aram açıq-aşkar digər iştirakçılardan üstün idi və Ermənistanın indiyə qədər təqdim etdiyi ən yaxşı ifaçı idi. Xüsusən də, bukmekerlər orda nəsə söz verdilər.

Və birdən – Konçita Vurst qalib gəldi və onun barəsində demək olar ki istənilən azərbaycanlının deyəcəyi sözləri Aram da dedi. Konçita ilə məcburi öpüşdən sonra Aramın simasındakı əzablı mimika bizim ölkəmizə onu "doğmalaşdırdı".

Mən YouTube-da gördüyüm bu komik hadisəni qonağa danışdım və o, bir daha mənim emosiyalarımı qəbul etmədi.

Biz yenə mübahisəyə başladıq və indi mən hesab edirəm ki, yaxşı vokal imkanlarına malik transavestitə səs verməkdə, avropalılar düzgün iş görüblər.

Həm zahiri cəhətəndən, həm də milli mənsubiyyətinə görə fərqli, təsadüfən Qafqazda qarşılaşmış, həyatı tamamilə müxtəlif iki insanın – ingilis peşəkar tərcüməçi-səyahətçisi və Azərbaycan jurnalistinin fikirlərini sizə təqdim edirəm.

Əlbəttə, bu Vurst anlayır ki, belə xarici görüşünlə heç kim tərəfindən sevilə bilməz. Vurst qəsdən belə xarici görüşünlə tamaşaçıların qarşısına çıxdı, sübut eləsin ki, insanı onun xarici görkəminə, geyiminə, saçlarına, bədəninə, seksual orientasiyasına və siyasi baxışlarına görə mühakimə etmək olmaz. Əgər biz özümüzü mədəni insan hesab ediriksə - XXI əsrin sakinləri sayırıqsa, gəlin aydınlaşdıraq ki, heç kim öz görünüşüylə kiminsə xoşuna gəlməyə məcbur deyil. İstər pank, istər transseksual, istərsə də müsəlman olsun - əgər küçədə öz təbii ehtiyacını ödəmirsə, başqalarının cibinə girib oğurluq etmirsə, dükanların şüşələrini sındırmırsa, onda göbəyini açıq saxlamağının, dizə qədər saqqal saxlamağının, saçlarını rəngləməyinin bizə dəxli yoxdur, qoy istədiyi kimi gəzsin. Və əgər kiminsə xarici görünüşü başqa birisinin xoşuna gəlmirsə, onda qoy dilini dinc qoyub mumlasın. Başqaları bizə səbrlə dözdükləri kimi...

Gəlin qonşumuzu onun dərisinin və saçlarının rənginə, burnunun formasına və kəlləsinin quruluşuna görə qiymətləndirməyək, onun işgüzar keyfiyyətlərini, istedadını, bacarığını və cəmiyyətə nə qədər faydalı olmasını dəyərləndirək. Konçita göstərdi ki, iyrənc xarici görünüşlə də Avropada yaxşı müğənni olmaq mümkündür.

Elə Avropalılar da saqqallı qadına səs verməklə bunu sübut etdilər. Əgər biz – Qafqaz sakinləri, özümüz könüllü olaraq ərizə verib, həm də ödəniş edərək, Avropa Şurasının üzvü olmuşuqsa, Avropa mahnı müsabiqəsində iştirak ediriksə, həm də özümüzü Avropalı hesab edərək kef ediriksə, onda xahiş edirəm, Avropa qaydaları ilə yaşayın.

Bu qaydalar sadədir, yüzillərlə axtarışların və avropalıların yaşadıqları əzablarının nəticəsidir: oğurlama, aldatma, hücum etmə, mənimsəmə, çalış və oxu, öz qayğına və başqalarının qayğısına qal, təbiəti, cəmiyyəti və dövləti qoru. Heyvanlar, milli azlıqlar, seksual və istənilən azlıqlara, dövlətlərin ərazi bütövlüyünə və insan hüquqlarına hörmət et, onların hüquqlarını qoru.

Və onda, dəyərli insan olub, biz Konçita Vursta qəzəblənməyəcəyik, özündən Qafqaz kişisi uydurub ciblərimizə girənlər və xalqı həyasızcasına aldadanlar bizim qəzəb hədəfimiz olacaq.

Kamal Əli

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb