BMT Baş katibi: Terrorun dini yoxdur

15:21 | 10.01.2015
BMT Baş katibi: Terrorun dini yoxdur

BMT Baş katibi: Terrorun dini yoxdur

BMT-nin Baş katibi Pan Qi Mun Fransada terrorçuların məhv edilməsi barədə xəbəri eşitdikdə böyük rahatlıq hissi keçirdiyini bildirib.

APA-nın "Rosbalt”-a istinadən verdiyi xəbərə görə, bununla belə Pan Qi Mun bəyan edib ki, cinayətkar və qatillərin dini olmur.
 
Onun sözlərinə görə, Parisdə əsl terror aktı törədilib, lakin onun səbəbi dinlə bağlı deyil. Baş katib Fransanın bundan sonrada tolerantlıq və dini dözümlülük siyasətinə sadiq qalacağına  əminliyini ifadə edib. Həmçinin Pan Qi Mun Fransanın BMT-dəki missiyasına başsağlığı verib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb