ABŞ-ın Suriyadan çəkilməyə başlaması ilə diqqətlər Türkiyənin Fəratın şərqində gerçəkləşdirəcəyi hərəkata çevrilib.
Türkiyə ordusundan verilən məlumata görə, bütün hazırlıqlar ən incə detalına qədər hazırlanıb: "Siyasi iradənin hərəkat əmrini verdiyi andan etibarən TSQ hazır olacaq. Bu günsə, bu gün, sabahsa, sabah. Təlimat gələr-gəlməz başlayacağıq”
Hərəkata hələ ki, rəsmi ad verilməyib. Buna görə də planlar sərhəddə yerləşdirilmiş bütün birliklərin arxivinə "Fərat qalxanı” və "Zeytun budağı” hərəkatlarının davam olaraq "növbəti hərəkat” kimi keçib. Əməliyyatın Ağcaqala qarşısındakı Təl-Əbyad bölgəsindən ABŞ qüvvələrinin çəkilməsindən sonra başlaması gözlənilir.
Pentaqonla əlaqə
Bunun üçün Pentaqonla daimi əlaqə saxlanılacaq. Hərəkatın necə başlayacağı PKK/PYD terror təşkilatının bölgəni boşaldıb-boşaltmayacağı ilə əlaqədardır. Bunun üçün əvvəlcə hədəfi kəşfiyyat analizi aparılacaq. Pilotsuz Uçuş Aparatlarının hədəflərdə anlıq dəyişikliklər olub-olmadığına dair aparacaqları kəşfiyyat əhəmiyyət daşıyır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !