Britaniya mətbuatından “Qarabağ”a alqış

14:45 | 06.10.2015
Britaniya mətbuatından “Qarabağ”a alqış

Britaniya mətbuatından “Qarabağ”a alqış

Britaniya mətbuatı "Qarabağ” haqda yazı dərc edib.

Qol.Az-ın məlumatına görə, İngiltərənin nüfuzlu "Mirror” qəzeti bugünkü sayında Azərbaycan Premyer Liqasının 7-ci turunun "İnter” – "Qarabağ” oyunu zamanı qonaq komandanın futbolçusu Elvin Məmmədovun penaltini bilərəkdən kənara vurması faktını alqışlayıb.

Qeyd edək ki, qarşılaşmanın sonlarında hakim "İnter”in qapısına penalti təyin edib. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov isə penalti qərarının onda şübhə doğurduğunu əsas gətirərək E.Məmmədovdan zərbəni qapıya deyil, kənara vurmağı tələb edib.

"Bu, əla bir addımdır və ən yüksək tərifə layiqdir” – deyə "Mirror” qəzeti yazıb:

"Deməli, yaxşı addımların da mükafatı olurmuş. Penalti ilə bağlı hadisədən sonra "Qarabağ” daha bir qol vuraraq 2:0 hesabı ilə qalib gəldi”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM