“Qarabağ” Avropa Liqasında! - VİDEO

08:45 | 28.08.2015
“Qarabağ” Avropa Liqasında! - VİDEO

“Qarabağ” Avropa Liqasında! - VİDEO

Ağdam təmsilçisi "Yanq Boyz” komandasını darmadağın edib.

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ” və İsveçrənin "Yanq Boyz” komandaları arasında cavab oyunu keçirilib. 

Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən oyununda komandamız 3:0 hesabı ilə qalib gəlib.

Hesabı oyunun 4-cü dəqiqəsində penalti zərbəsindən Riçard Almeyda açıb. 

43-cü dəqiqədə Reynaldo hesab arasındakı fərqi iki topa çatdırıb. Oyunda son nöqtəni isə 62-ci dəqiqədə Əfran İsmayılov qoyub.

Xatırladaq ki, bu komandalar arasında İsveçrədə keçirilən ilk oyunda da komandamız minimal hesabla qələbə qazanmışdır.

Beləliklə iki oyunun nəticəsinə görə ("Qarabağ” 4:0 "Yanq Boyz”) Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb