Britaniyanın XİN başçısı Qazaxıstanda strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə edəcək

20:00 | 18.03.2023
Britaniyanın XİN başçısı Qazaxıstanda strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə edəcək

Britaniyanın XİN başçısı Qazaxıstanda strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə edəcək

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Qazaxıstana rəsmi səfəri zamanı respublika rəhbərliyi ilə London və Astana arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə edəcək.

Bu barədə Böyük Britaniyanın Astanadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bildirib ki, Kleverli Prezident Kasım-Jomart Tokayev və Baş nazir Əlixan Smailovla görüşəcək. O, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə də danışıqlar aparacaq. Bundan əlavə, səfər çərçivəsində Astana parklarından birində Kraliça II Elizabetin adını daşıyan xiyabanın açılışı planlaşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM