Bu ay Ermənistanda itkilərinin sayı 10 nəfəri keçib - MN

12:50 | 26.01.2017
Bu ay Ermənistanda itkilərinin sayı 10 nəfəri keçib - MN

Bu ay Ermənistanda itkilərinin sayı 10 nəfəri keçib - MN

Ermənistan Silahlı Qüvvələri hərbi tibb idarəsinin rəisi Kamavor Xaçatryanın ordularındakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yalnız aprel hadisələri zamanı döyüşlərdə 320-dən artıq düşmən məhv edilib və 500-dən artıq erməni hərbi qulluqçusu yaralanıb:
 
"Hətta bəzi erməni müstəqil hərbi ekspertləri də Azərbaycan tərəfinin səsləndirdiyi bu rəqəmlərin daha çox həqiqətə uyğun olduğunu çıxışlarında dolayısı ilə təsdiqləyiblər.
 
Hazırda aprel döyüşləri zamanı ağır yaralanan 150 nəfərədək erməni hərbi qulluqçusunun Ermənistanın müxtəlif hərbi tibb müəssisələrində və bir sıra xarici ölkələrdə müalicəsi davam edir. Onu da əlavə edək ki, cari ilin hələ sona çatmayan yanvar ayı ərzində Ermənistan silahlı qüvvələrinin itkilərinin sayı artıq 10 nəfəri keçib”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb